İstanbul hava limanı 16 avqust tarixində Avropada sutkalıq sərnişin axını və həyata keçirilən uçuşlar üzrə yeni rekord qeydə alıb.
Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu bildirib ki, həmin gün hava limanı 290 287 sərnişinə xidmət göstərib və 1 739 reys həyata keçirilib.
Nazirin açıqlamasında vurğulanıb ki, bu göstəricilər ilə İstanbul hava limanı reys sayı və sərnişin axını üzrə tarixi zəfərə imza atıb.
Qeyd olunur ki, əvvəlki rekord 9 avqustda qeydə alınmışdı və o gün hava limanı 289 732 sərnişinə xidmət göstərmişdi.