İstanbulun Beyoğlu rayonunda, Fındıklı məhəlləsində hərəkətdə olan tramvay relsdən çıxıb.
Hadisə T1 Kabataş-Bağcılar xəttində, Kabataş istiqamətinə doğru hərəkət edən tramvay Fındıklı dayanacağı yaxınlığında qeydə alınıb. Tramvay hələlik müəyyənləşdirilməyən səbəbdən relsdən çıxaraq Bağcılar istiqamətindəki relslərin üzərinə keçib.
Hadisə yerinə polis, yanğınsöndürən və tibbi yardım briqadaları göndərilib. Tramvaydakı sərnişinlər təhlükəsizlik məqsədilə təxliyə edilib.
Baş verən qəzadan sonra əraziyə həmçinin İstanbul Böyükşəhər Bələdiyyəsinin əməkdaşları dəvət olunub. Qəza ilə əlaqədar olaraq tramvayların hərəkəti müvəqqəti şəkildə Fındıklı ilə Bağcılar dayanacaqları arasında məhdudlaşdırılıb.
Aparılan əməliyyatlar nəticəsində relsdən çıxan tramvay hadisə yerindən götürülüb və xətt üzrə hərəkət bərpa edilib.