İstanbulun Adalar rayonunun sahilində 3,1 bal gücündə zəlzələ baş verib.
Rəsmi məlumatlara görə, yerli vaxtla saat 11:30-da qeydə alınan təkanların ocağı 11,2 kilometr dərinlikdə yerləşib.
Hazırda zəlzələ ilə bağlı dağıntı və xəsarət barədə hər hansı məlumat təqdim olunmayıb.
Eyni ərazidə son 24 saat ərzində Mərmərə dənizinin Adalar sahillərində bir neçə zəif yeraltı təkanın müşahidə edildiyi bildirilib və seysmik aktivlik bu gün də davam edib.