Abşeron klubunun yarımmüdafiəçisi İvan Lepinitsa UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Sabah" – "Orhus" cavab qarşılaşması öncəsi mətbuat konfransında iştirak edib.

Futbolçu səfər oyununda komandanın yaxşı təsir bağışladığını qeyd edib və evdə daha yaxşı hazırlaşmalı olduqlarını söyləyib. O, rəqibin görüş ərzində məhz iki uzaq məsafədən zərbədən nəticə götürdüyünü və başqa ciddi qol epizodu yaratmadığını bildirib.

Lepinitsa həmçinin yarımmüdafiənin mərkəzində kiminlə forma geyinməsinin onun üçün əsas olmadığını deyib, bu qərarın məşqçiyə aid olduğunu vurğulayıb və meydana çıxanda tapşırıqları dəqiq yerinə yetirməyə çalışdığını qeyd edib.

Xatırladaq ki, komandalar arasındakı ilk görüş Danimarkada keçirilib və "Orhus" 2:1 hesabı ilə qalib gəlib.

Cavab matçı "Bank Respublika Arena"da keçiriləcək və görüş sabah saat 20:00-da start götürəcək.