Konqo Demokratik Respublikasında (KDR) davam edən Ebola epidemiyası ölkənin tarixində qeydə alınan ən şiddətli dalğa kimi inkişaf edir və ölümlərin sayı artıq 2 500-i ötüb.
BMT-nin rəsmiləri virusun ərazilərə sürətlə yayıldığını bildirir, yayılan zonanın Fransanın sahəsindən daha böyük olduğunu qeyd edirlər. Yoluxma hallarının həndəsi sıra ilə artdığı vurğulanıb.
BMT-nin Ebola üzrə baş koordinatoru Julien Harneis epidemiyanın genişlənməsi ilə bağlı vəziyyətin ağır olduğunu və yoluxma saylarının sürətlə yüksəlməsinin müşahidə olunduğunu bildirib.
Harneis həmçinin mübarizə tədbirlərində ən böyük problemlərdən birinin maliyyə məhdudiyyəti olduğunu söyləyib. O qeyd edib ki, mövcud yardım vəsaiti yalnız növbəti bir neçə həftə üçün yetə bilər.
BMT rəsmisi əlavə maliyyə ayrılmadığı təqdirdə epidemiyaya qarşı aparılan işlərin ciddi şəkildə zəifləyə biləcəyi barədə xəbərdarlıq edib və əlavə dəstəyin vacibliyini vurğulayıb.