Keçmiş "Eyüpspor" prezidenti Murat Özkaya ötən may ayında ev dustaqlığı şəraitində məhkəmə nəzarəti altında azad edilib. O, əvvəlki istintaq çərçivəsində 6 ay həbsdə qalmışdı.
Müraciətdə adı keçən Müge Ç. avtomobil şirkətində yüksək vəzifədə işləyir. İki şəxs bir neçə il əvvəl münasibətdə olub və 2025-ci ildə yollarını ayırıblar.
Mügə Ç. ərizə verərək, ayrılığın ardından Özkayanın ona qarşı israrlı və rahatlığını pozan hərəkətlər etdiyini bildirib. Onun iddiasına görə, telefon nömrəsi bloklandıqdan sonra belə keçmiş sevgilisi onunla əlaqə saxlamağa davam edib.
İddialar arasında evlənməyə məcbur etmə və qorxuducu davranışlar göstərilməsi yönündə ifadələr yer alıb. Bu səbəbdən Müge Ç. İstanbul Ailə Məhkəməsindən müdafiə və mühafizə tədbiri tələb edib.
Məhkəmə ərizəni əsaslı sayaraq Murat Özkayanın növbəti 3 ay ərzində Müge Ç.-dən uzaq durmasına qərar verib. Qərara qarşı Özkaya şikayət verib və iddiaları rədd etdiyini bildirib; o, ittihamların abstrakt olduğunu və nüfuzuna xələl gətirilməyə çalışıldığını qeyd edib.
Məhkəmə isə Özkayanın etirazını təmin etməyərək əvvəlki qərarı qüvvədə saxlayıb və onun keçmiş sevgilisinə yaxınlaşmasına məhdudiyyət tətbiq olunub.