Keçmiş müğənni Xana Babayeva sosial mediada izləyicilərinin şəhid qardaşına dair verdiyi suallara cavab verib.

Sənətçi qardaşının onun müğənnilik fəaliyyətinə münasibətindən bəhs edərək, onun vaxtilə oxumağından narazı olduğunu və qısqanc olduğunu söyləyib. Buna baxmayaraq, ailəni dolandırmaq məqsədilə işləmək məcburiyyətində qaldığını bildirib.

Xanım Babayeva həmçinin qardaşının müharibəyə könüllü yollanmasından danışıb və ailə üzvlərinin bu qərarı istəmədiklərini vurğulayıb.

Qardaşının vəfatından sonra ürəyində çox şeyi saxladığını ifadə edən keçmiş müğənni bildirib ki, ona verilən sözdən dolayı sənət fəaliyyətini davam etdirə bilməyib.

Bu açıqlamalar izləyicilər arasında emosional reaksiyalar yaradıb və sosial şəbəkələrdə geniş diqqət çəkib.