Məşhur fast-fud şəbəkəsi KFC son bir ildə ABŞ bazarında iştirakını əhəmiyyətli dərəcədə azaltdı.
2025-ci ilin iyulundan 2026-cı ilin iyulunadək olan dövrdə şəbəkə ölkə üzrə 312 restorana fəaliyyətini dayandırmaqla bağlı qərar verib.
Rəsmi siyahılar və xəritə məlumatlarının müqayisəsi göstərir ki, brendin ABŞ-dəki ümumi obyekt sayı il ərzində 7,6% azalıb. Ən çox bağlanma hadisələri Kaliforniyada (44 restoran), Teksasda (34 restoran) və Ohayoda (18 restoran) qeydə alınıb.
Şəbəkənin müştəri reytinqi rəqabətədəkilərlə müqayisədə düşərək 5 ballıq sistemdə orta hesabla 3,42-ə bərabər olub.
Buna baxmayaraq, ana şirkət Yum! Brands qlobal ölçüdə şəbəkəsini genişləndirməyə davam edir: ümumi restoran sayı illik müqayisədə 7% artıb, və ilin ilk rübündə 55 ölkədə 660 yeni filial açılıb.
Müştəri marağını bərpa etmək məqsədilə KFC məhdud müddət üçün əvvəllər menyudan çıxardığı "Popcorn Chicken Nuggets" məhsulunu yenidən satışa təqdim edib.
Ekspertlər hesab edir ki, şirkət üçün əsas vəzifə ABŞ bazarında istehlakçıların marağını və restoranların iqtisadi göstəricilərini yenidən canlandırmaq olacaq.