Kiyev şəhərinin Solomyansk rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Yüksək sürətlə hərəkət edən "Volkswagen" markalı avtomobil əvvəlcə marşrut avtobusuna çırpılıb, daha sonra isə insanların gözlədiyi dayanacağa daxil olub. Hadisə nəticəsində ölənlərin və xəsarət alanların olduğu bildirilir.
Hadisə yerinə istintaq-əməliyyat qrupu, patrul polisləri və təcili tibbi yardım briqadaları göndərilib.
Qəzanın dəqiq səbəbləri və zərərçəkənlərin sayı hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.