Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu paylaşılan videoda barmağında yaranmış problemi izləyicilərlə bölüşüb.

Ehtiyatsızlıq üzündən barmağından xəsarət aldığını bildirən sənətçi vəziyyətin yaxşılaşdığını deyib və onu maraqlandıranlara təşəkkür ifadə edib.

O, barmaq zədəsinin bir musiqiçi üçün ağır itki olduğunu vurğulayıb və məşhur atalar sözünü xatırladaraq “yıxmadı bir dağ məni, yıxdı barmaq məni” ifadəsini işlətdi. Həmçinin Allaha dua edib və hər kəsi ehtiyatlı olmağa çağırıb.

Sənətçinin sözlərinə görə, vəziyyət mərhələli şəkildə düzəlir və o, yaxın zamanlarda tam sağalacağını ümid edir.