Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Talatbek Masadıkov hesab edir ki, Ermənistanın təşkilatda bundan sonrakı iştirakı ilə bağlı qərar mümkün qədər qısa zamanda verilməlidir.

Daha əvvəl Rusiyanın KTMT-dəki daimi nümayəndəsi Viktor Vasilyev bildirib ki, Ermənistanın qurumlarda səsvermə hüququndan məhrum edilməsi ilə bağlı qərar konsensus tələb edir.

Masadıkov qeyd edib ki, KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbəti sessiyası 11 noyabr tarixində Moskvada keçiriləcək və dövlət başçıları həmin sessiyada bu məsələni müzakirə edə bilərlər.