“Barselona” klubunun vingeri Lamin Yamal 19 yaşına daxil olub və bu münasibətlə doğum günü tədbiri təşkil edib.

Tədbir "Pink Party" üslubunda keçirilib və Yamal uyğun olaraq çəhrayı rəngli geyim seçib. Məclis dostların və yaxın qonaqların iştirakı ilə baş tutub.

Yamalın doğum günü iyulun 13-nə təsadüf edib — həmin vaxt o, DÇ-2026 zamanı İspaniya yığmasının düşərgəsində olub. Buna görə idmançı ad gününü bu həftə qeyd etməyə üstünlük verib.

Qonaqlar sırasında Yamalın sevgilisi İnes Qarsiya və yaxın dostları yer alıb. Tədbirdən çəkilmiş foto və videolar sosial şəbəkələrdə yayımlanıb.