Yeni veriliş buraxılışında ürək-damar xəstəliklərinin əsas aspektləri müzakirə edilib.

Müzakirədə risk faktorlarının hansılar olduğu, yüksək təzyiqin ürək üçün niyə təhlükə təşkil etdiyi, xolesterinin damarlara təsiri, siqaret və elektron siqaretin ürək-damar sisteminə vurduğu zərər və xəstəliklərin əsas əlamətləri barədə suallar qaldırılıb.

Bu və digər suallara invaziv kardioloq Şəfəq Nəzirova tərəfindən izah verilib və mövzuya aydınlıq gətirilib.