Lənkəranda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıb.
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan tədbirlər nəticəsində Mirxas Abbasov, Elməddin Məmmədov və Şamil Kəlbiyev tutularaq istintaqa təhvil verilib.
Əməliyyat zamanı həmin şəxslərin aqrotexniki qaydada yetişdirdikləri 116 ədəd narkotik tərkibli kol müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib.