Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti (BTİX) icraçı direktoru Leysan Məmmədovun işdən azaldıldığı barədə məlumat yayılıb. Yeniavaz.com xəbər verir ki, bu məlumat “Unikal” tərəfindən də yayımlanıb. Mənbələrə görə, Leysan Məmmədov Maliyyə Nazirliyinin yoxlamaları nəticəsində vəzifəsindən uzaqlaşdırılıb. O, bu vəzifəyə ötən ilin yanvarında təyin olunmuşdu. Qeyd edək ki, Leysan Məmmədov 14 fevral 2022-ci ildə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin edilmiş olsa da, sonradan vəzifəsindən azad edilib. Onun əvvəllər 2006–2021-ci illərdə Gənclər və İdman Nazirliyinin Tikilməkdə olan obyektlərin Müdiriyyətində direktor müavini və direktoru postlarında çalışdığı, 2021–2022-ci illərdə isə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində Aparat rəhbəri kimi fəaliyyətdə olduğu bildirilir.
Leysan Məmmədovun vəzifəsindən azad edilməsi açıqlanıb
Ağdam, Füzuli və Xocavənd rayonlarındakı Bərpa, Tikinti və İdarəetmə Xidməti icraçı direktoru Leysan Məmmədovun işdən çıxarıldığı bildirilir.
Mənbə: Yeni Avaz
(30 Oktyabr 2026)