Ermənistanda “Faz” ləqəbli kriminal avtoritet Sergey Qriqoryanın qətlini təşkil etməkdə ittiham olunan “Çax Rüstəm” ləqəbli Rüstəm Stepanyan yenidən həbs edilib. Yeniavaz.com xəbər verir ki, bu barədə “Pastinfo” məlumat yayıb. Cinayət Apellyasiya Məhkəməsi prokurorluğun şikayətini təmin edərək, hakim Masis Melkonyanın Stepanyanın həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəzləmə qərarını ləğv edib. Qeyd edilir ki, sentyabrın 28-də İrəvan Ümumi Yurisdiksiya Cinayət Məhkəməsi hakim Masis Melkonyanın sədrliyi ilə keçirilən iclasda Rüstəm Stepanyan və Aşot Küreğyanın ev dustaqlığına buraxılması barədə qərar qəbul edib. Məlumat üçün bildirək ki, Sergey Qriqoryan 2024-cü il iyunun 11-də axşam saatlarında İrəvanın Ajapnyak inzibati rayonunda, yaşayış binasının yaxınlığında silahlı hücuma məruz qalıb və vəfat edib.