“Yeni Bilgəh Oteli” Məhdud Məsuliyyətli Cəmiyyəti inzibati məsuliyyətə cəlb edilib.
Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinin apardığı yoxlamalar zamanı müəyyən edilib ki, otel rəhbərliyi 2024-cü ilə aid maliyyə hesabatlarının 2025-ci ildə məcburi auditini təşkil etməyib.
Aşkarlanan pozuntu ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi üzrə protokol tərtib edilərək baxılması üçün Sabunçu Rayon Məhkəməsinə təqdim olunub. Məhkəmə qərarı ilə şirkətə 1 500 manat məbləğində cərimə tətbiq edilib.
Qeyd edək ki, Bilgah Beach Hotel adı ilə tanınan istirahət kompleksinin əvvəlki brendi Jumeirah Beach Hotel olub. Mövsümi fəaliyyət göstərən otel 2027-ci ilin yayına qədər fəaliyyəti müvəqqəti dayandırıldığını bəyan edib.
Şirkətin nizamnamə kapitalı 70 milyon manatdır, qanuni təmsilçisi isə Əliş Nəsirovdur.