Göyçay rayonunda stadionda ölüm hadisəsi qeydə alınıb. Hadisə Məhəmməd Əmin Rəsulzadə küçəsinin sakini Ehtiram Xəlilovun başına gəlib.
1966-cı il təvəllüdlü Ehtiram Xəlilov bu gün səhər saatlarında stadionda idman edərkən qəfil özünü pis hiss edib. Hadisə yerinə çağırılan həkim əməkdaşı olsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
İlkin versiyaya görə, mərhum ürək çatışmazlığı nəticəsində dünyasını dəyişib.
Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma başlanıb.