Qazaxıstanın Xəzər dənizi sahilində yerləşən Mangışlaq yarımadasında arxeoloji qazıntılar zamanı nadir tapıntı ortaya çıxıb.
Aktau şəhəri yaxınlığındakı Karakabaq nekropolunda aparılan işlərdə V–VI əsrlərə, yəni təxminən 1500 il əvvələ aid olduğu müəyyən edilən məzar aşkar edilib. Məzar gənc və varlı qadına məxsus hesab olunur.
Tədqiqatçıların diqqətini ən çox çəkməsi qadının geyimi və məzarda tapılan ayaqqabılar olub. Araşdırmalar göstərib ki, ayaqqabı gündəlik istifadə üçün deyil, dəfn mərasimi məqsədilə hazırlanıb.
Ayaqqabı və kəmərlərdəki toqqaların gündəlik istifadəyə uyğun olmaması, həmin geyim əşyalarının qadının həyatda istifadə etdikləri deyil, xüsusi dəfn bəzəkləri olduğunu göstərir. Bundan əlavə, ekspertlər ayaqqabılara tamamilə qızıldan hazırlanmış təəssüratı verildiyini müəyyən ediblər.
Arxeoloqlar bu tapıntını dünya elmi üçün əhəmiyyətli hesab edir və maddi-mədəniyyət elementlərinin daha detallı təhlili üçün əlavə işlər aparılacaq.