Avqustin 19-u saat təxminən 12:00 radələrində Abşeron rayonunun Masazır qəsəbəsində ölüm hadisəsi baş verib.

Hadisə nəticəsində 1978-ci il təvəllüdlü Əlsəfa Rəhimov kəsici-deşici alətlə qətlə yetirilib.

Polis tərəfindən həyata keçirilən əməliyyat zamanı cinayətdə şübhəli bilinən mərhumun arvadı, 1983-cü il təvəllüdlü A. Əliyeva saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir və cinayət məhkəmə-istintaq tədbirləri görülür.