“Fənərbağça”nın keçmiş vitse-prezidenti Acun İlıcalı ilə klub prezidenti Əziz Yıldırım arasında lojaya dair davam edən mübahisədə məhkəmə yeni qərar qəbul edib.
Mövsümün əvvəlində İlıcalının “Chobani” stadionunda istifadə etdiyi lojanın müqaviləsi ləğv olunmuşdu. Klub rəhbərliyi həmin məkanı bundan sonra “Prezident lojası” kimi istifadə etməyi nəzərdə tuturdu.
Ilıcalı müqavilənin ləğvinin hüquqi əsasının olmadığını iddia edərək məhkəməyə müraciət etmişdi. O, lojaya görə ödənişi dəstək məqsədilə 3 il əvvəldən həyata keçirdiyini bildirib.
Əziz Yıldırım isə lojadan şəxsi məqsədlə deyil, yalnız “Fənərbağça” klubunun prezidentlərinin istifadəsi üçün istifadə olunmalı olduğunu müdafiə etmişdi.
Məhkəmə avqustun 19-da İlıcalının xeyrinə qərar verib və loja ona qaytarılmalıdır. Qərarda həmçinin 2026–2027 futbol mövsümünün sonuna qədər həmin lojaya üçüncü şəxslərə satış və ya devrin müvəqqəti qadağan edildiyi göstərilib.
Beləliklə, təxminən bir aydır davam edən mübahisədə indiki mərhələdə hüquqi üstünlük Acun İlıcalının xeyrinə müəyyənləşib.