Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhərinin Nəsimi rayonunda, Ə.Quliyev küçəsi 114 ünvanında yerləşən fiziki şəxs Nəbiyev Ağaisa Əlisa oğluna məxsus "İbrahim Tatlışiş" kabab evində yoxlama keçirib.
Yoxlama zamanı istifadə olunan farşın keyfiyyəti və təhlükəsizliyini təsdiq edən müşayiətedici sənədlər təqdim edilməyib. Laboratoriya analizlərinə götürülən nümunələrin nəticəsi ətdə at DNT-sinin mövcudluğunu göstərib.
Bundan əlavə, yoxlama zamanı müəssisədə izlənmə sisteminin tətbiq edilmədiyi və sanitar-texniki ilə sanitar-gigiyenik normaların pozulduğu müəyyən edilib.
Aşkarlanan nöqsanlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilərək məsuliyyətə cəlb olunub, müəssisənin fəaliyyəti isə qüsurlar aradan qaldırılana qədər məhdudlaşdırılıb.
Qeyd edək ki, həmin obyektin sahibi 2025-ci ilin may ayında keçirilən yoxlama zamanı da at DNT-sinin aşkarlanması faktına görə məsuliyyətə cəlb edilmişdi.