Apple-ın ABŞ bazarındakı App Store-dan əldə etdiyi komissiya gəlirləri 2026-cı ilin əvvəlindən 18% azalıb. Bu dəyişiklik tətbiqdaxili ödənişlərə şirkətin nəzarətini məhdudlaşdıran yeni tənzimləmə və məhkəmə qərələri ilə izah olunur.

Məlumatlara görə, App Store gəlirlərindəki geriləmə yalnız ABŞ ilə məhdudlaşmayıb; Braziliya və Yaponiya kimi digər bazarlarda da yeni qaydaların tətbiqindən sonra gəlirlərdə azalma müşahidə edilib.

Sensor Tower şirkətinin hesabatı göstərir ki, ABŞ-də App Store-da istehlakçı xərcləri ilin ikinci rübündə 6% geriləyib. Keçən ilin analoji dövründə bu göstərici 9% artım nümayiş etdirirdi.

Qeyd olunur ki, göstəricilərin pisləşməsi Apple-ın "Xidmətlər" bölməsinin artım tempinə tənzimləyici dəyişikliklərin təsir edə biləcəyi barədə ənənəvi xəbərdarlığından sonra baş verib. İyunla bitən rübdə bu bölmənin gəliri 30,7 milyard dollar təşkil edib ki, bu da analitiklərin proqnozu olan 31,4 milyard dollardan aşağıdır.

Apple adətən App Store vasitəsilə tətbiqdaxili rəqəmsal alışlardan 15-30% komissiya götürür. Lakin Epic Games ilə bağlı ABŞ məhkəməsinin qərarına əsasən, tərtibatçılara istifadəçiləri komissiya tutulmayan xarici ödəniş üsullarına yönləndirməyə icazə verilməlidir.

Sensor Tower bu məhkəmə qərarının və yeni tənzimləmələrin ABŞ bazarında istehlakçı xərclərinin artım tempinin kəskin şəkildə zəifləməsinə təsir etdiyini bildirir.