PAŞA Real Estate Qrupunda kadr dəyişikliyi baş verib: Təşkilati işlər üzrə direktor postunu tutan Mehriban Nəzərova vəzifəsindən ayrılıb.

O, həmin postda ötən il təyinat almışdı və bu müddət ərzində qurumun təşkilati məsələlərinə rəhbərlik edirdi.

Mehriban Nəzərova PAŞA Real Estate Qrupuna keçməzdən əvvəl Dövlət Məşğulluq Agentliyində idarə heyətinin sədrinin müşaviri kimi fəaliyyət göstərib.

Bununla yanaşı, o, 2022-ci ildə keçirilən "Yüksəliş" müsabiqəsinin qalibi olub.