114 B nömrəli marşrut üzrə fəaliyyət göstərən avtobuslarla bağlı sərnişinlər arasında narazılıq yaranıb.
Müraciət edən vətəndaş avtobusların tez-tez gecikməsindən və bəzi nəqliyyat vasitələrində oturacaqların qırıq-sındıq vəziyyətdə olmasından narahat olduğunu bildirib.
O qeyd edib ki, yaranan problemlərlə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət edilib və müraciətlərin ümumi sayı artıq 60–70-i ötüb, lakin hələ də gözəçarpan nəticə yoxdur.
Vətəndaş yolların vəziyyətini nəzərə alsa da, sınıq oturacaqların təmiri və avtobus intervalının azaldılması kimi tədbirlərin həyata keçirilə biləcəyini vurğulayıb.
Həmçinin bildirilir ki, avtobusların hərəkət qrafiki gecə saat 00:00-a qədər nəzərdə tutulsa da, bəzi günlərdə saat 23:00-dan sonra nəqliyyat tapmaq mümkün olmur.
Məsələ ilə bağlı qeyd edilib ki, daşıyıcı avtobusların dəyişdirilməsi istiqamətində tədbirlər görməyi planlaşdırır.