Mərkəzi Afrika Respublikasının qərb bölgəsində bir qızıl mədənində torpaq sürüşməsi baş verib və nəticədə çoxsaylı insan itkiləri qeydə alınıb.

Yerli hakimiyyət orqanları dağıntılar altından 107 cəsəd çıxardıqlarını bildiriblər. Axtarış-xilasetmə əməliyyatları hələ də davam edir.

Rəsmilər xüsusi texniki avadanlığın mövcud olmaması üzündən torpaq altında qalanların sağ tapılma ehtimalının çox aşağı olduğunu qeyd ediblər.

Hadisə anına aid görüntülər sosial şəbəkələrdə yayımlanıb və dağıntı sahəsindən kadrlar paylaşılır.

Hadisənin başvermə səbəbləri, dəqiq itki sayı və xilasetmə işlərinin gələcək planları barədə əlavə məlumatlar hələ açıqlanmayıb.