Məşhur müğənni Mert Demir ötən gün Harbiye Cemil Topuzlu Açıq Hava Teatrında konsert verib.
Səhnədə müxtəlif mahnılar ifa edən sənətçi tamaşaçıları qarşısında gözlənilməz hərəkət edib: şəxsi bərbərini səhnəyə dəvət edib və konserti yarıda saxlayaraq bığını kəsdirməyə qərar verib.
Bu anlar səhnənin böyük ekranlarında nümayiş etdirilib və izləyənlər tərəfindən təəccüblə qarşılanıb. Bığını kəsdikdən sonra Demir proqramın ikinci hissəsinə yeni imicdə qayıdıb və pərəstişkarlarının alqışlarını alıb.
Gecədə musiqi ustası Kibariye də səhnəyə çıxaraq çıxış edib.
Konsertin əvvəlində üzərində "Mert Demir" yazılmış bandana ilə görünən Serenay Sarıkaya isə axırda sevgilisi Mert Demir ilə birlikdə Merve Dizdar-Cihan Ayger cütlüyü ilə foto çəkdirib.