“İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi Böyük Futbol Liqasının (MLS) müntəzəm mövsümündə evdə keçirilən “Toronto” matçında fərqlənib.
Messi oyunda 82-ci dəqiqədə hesabı dəyişib. Görüş 2:1 hesabı ilə qonaq komandası “Toronto”nun xeyrinə başa çatıb.
Qeyd edək ki, bu Messi üçün ardıcıl ikinci qol hesab olunur; daha əvvəl o, səfərdə “Filadelfiya” ilə qarşılaşmada (2:2) də fərqlənmişdi.