Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidenti Donald Tramp arasında Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammiti çərçivəsində Çində görüşün mümkünlüyü müzakirə edilir.

APEC sammiti 18-19 noyabr tarixlərində Şençjendə keçiriləcək. Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib ki, tədbirdə hər iki lider iştirak edərsə, onların görüşü demək olar ki, qaçılmaz olacaq.

“ASEAN sammitinə qədər hələ çox vaxt var. Amma liderlər eyni tədbirdə olsalar, düşünürəm ki, qaçılmaz olaraq görüşüb danışıqlar aparacaqlar”, - deyə Uşakov bildirib.

Uşakov həmçinin qeyd edib ki, hazırda belə bir görüşün hazırlanmasına dair konkret siqnallar mövcud deyil. Zirvə toplantısına təxminən üç ay qaldığını və bu müddət ərzində Rusiyada və digər ölkələrdə müxtəlif beynəlxalq görüşlərin təşkil olunacağını əlavə edib.

Qeyd olunur ki, bir müddət əvvəl Kremlin mətbuat katibi Dmitri Peskov ABŞ-ın xüsusi nümayəndəsi Stiv Vitkov və iş adamı Cared Kuşnerin Rusiyaya səfərinin tarixinin hələ müəyyən edilmədiyini bildirib.