İmişli rayonunun Məzrəli kəndində yerləşən təkər təmiri sexində partlayış qeydə alınıb.

Hadisə zamanı "MAN" markalı yük avtomobilinin pnevmatik hava balonuna hava vurulması zamanı balon partlayıb.

Partlayış nəticəsində Səxavət Məmmədov və Nurlan Fətəliyev xəsarət alıblar.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.