Milli Məclisin payız sessiyasının növbəti plenar iclası davam edir. NOCOMMENT.az xəbər verir ki, iclasın gündəliyində “Pulsuz hüquqi yardım haqqında” və “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” iki yeni qanun layihəsinin ilk oxunuşda müzakirəsi daxildir. Ümumilikdə iclasda 11 məsələ nəzərdə tutulub. İclasa parlamentin spikeri Sahibə Qafarova sədrlik edir.