Misli Premyer Liqasında I tur çərçivəsində bu gün iki matç oynanılacaq.

Günün ilk görüşündə "Araz-Naxçıvan" klubu "İmişli" ilə üz-üzə gələcək. Bu qarşılaşma Qəbələ şəhər stadionunda saat 18:30-da baş tutacaq.

Axşam saatlarında isə "Sabah" komandası "Kəpəz"i qəbul edəcək. "Bank Respublika Arena"dakı matç saat 20:45-də başlayacaq.

Tura gələn oyunlarda avqustun 16-da "Sumqayıt" "Neftçi"ni, "Zirə" isə "Şəfa"nı qəbul edəcək. Turnirin I turu avqustun 17-də keçiriləcək "Qarabağ" – "Şamaxı" görüşü ilə tamamlanacaq.

Mövsümün ilk qarşılaşmasında ötən gün "Turan Tovuz" öz meydanında "Qəbələ"ni 1:0 hesabı ilə məğlub edib.