Nazirlər Kabineti Müdafiə Nazirliyinin büdcədən maliyyələşdirilən hərbi hissələrində dövlət qulluqçusu olmayan mülki işçilərin əməyinin ödənilməsi ilə bağlı yeni qaydalar təsdiq edib.
Sənədə əsasən, qaydaların təsdiqi barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərar Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanının müvafiq hissəsinə əsaslanaraq qəbul edilib.
Təsdiq edilmiş sənəd «Azərbaycan Respublikası Müdafiə Nazirliyinin büdcədən maliyyələşdirilən hərbi hissələrində dövlət qulluqçusu olmayan mülki işçilərinin əməyinin ödənilməsi sisteminin, növlərinin və məbləğlərinin müəyyən edilməsi Qaydaları» adlanır.
Qaydalarda qeyd olunan məsələlərin həll edilməsi və icrası Müdafiə Nazirliyinə tapşırılıb.
Qərar 2026-cı il yanvarın 1-dən tətbiq ediləcək.