Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) sabiq departament müdiri Murad Mirzəyev İcbari Sığorta Bürosunda (İSB) işə başlayıb.
O, müvafiq əmrlə İSB-də Süni intellekt transformasiyası üzrə rəhbər vəzifəsinə təyin olunub və yeni vəzifəsində fəaliyyətini davam etdirəcək.
Murad Mirzəyev 2022–2026-cı illərdə TƏBİB-in Strateji inkişaf departamentinə rəhbərlik edib. Bir neçə ay əvvəl o, TƏBİB-dəki vəzifəsindən azad edilmişdi.