Avqustun 21-də 110/35/10 kV-luq Koroğlu yarımstansiyasında Naxçıvan Enerji MMC tərəfindən aparılan yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.

Azərişıq ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən bildirilib ki, fasilə sabah saat 03:30-dan 04:30-dək davam edəcək.

Enerji təchizatında kəsinti Naxçıvan şəhərinin Abbas Zamanov, Gəray Əsədov, Behbud ağa Şahtaxtinski, Məmməd Səid Ordubadi, 1-ci və Sabir küçələrini, həmçinin 9, 10, 11, 7A, Qoçüstü və Yeni Naxçıvan məhəllələrini əhatə edəcək.

Məlumatda qeyd olunur ki, yarımstansiyada və enerji verilişi xətlərində aparılan təmir-bərpa və modernizasiya işləri mərhələli şəkildə həyata keçirilir. Bu işlərin tamamlanmasından sonra həmin ərazilərdə yaşayan abonentlərin daha keyfiyyətli, etibarlı və dayanıqlı elektrik enerjisi ilə təmin olunması nəzərdə tutulur.