Naxçıvan bölgəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Şəkərabad kəndinə gedən yolda hərəkətdə olan "Chevrolet" markalı avtomobil dönmə manevri icra edərkən iki motosikletlə toqquşub.
Qəza nəticəsində 1993-cü il təvəllüdlü Əliyev İmran Rafiq oğlu, 2005-ci il təvəllüdlü Ümmətov Kamil Nəsimi oğlu və 2004-cü il təvəllüdlü Cəfərov Rəhim Niyaməddin oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çatdırılıb və onlara tibbi yardım göstərilir.
Hadisə yerinə polis cəlb olunub, faktla bağlı müvafiq araşdırma aparılır.