Naxçıvanın Şəkərabad kəndi yolunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Məlumata görə, "Chevrolet" markalı avtomobil dönmə manevri edərkən qarşıdakı iki motosikletlə toqquşub.
Qəza nəticəsində 1993-cü il təvəllüdlü Əliyev İmran Rafiq oğlu, 2005-ci il təvəllüdlü Ümmətov Kamil Nəsimi oğlu və 2004-cü il təvəllüdlü Cəfərov Rəhim Niyaməddin oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çatdırılaraq müayinə və müalicəyə götürülüblər.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.