Naxçıvan şəhərinin 21-ci məhəlləsində iki avtomobilin toqquşması nəticəsində dörd nəfər xəsarət alıb.
Hadisə zamanı bir tərəfdən “Mercedes”, digər tərəfdən isə “Ssang Yong” markalı minik avtomobili toqquşub və nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri qeydə alınıb.
Xəsarət alan şəxslər 1958-ci il təvəllüdlü Fatma Cəfər qızı Cəfərova, 1963-cü il təvəllüdlü Rüfət Əyyub qızı Cəfərova, 1981-ci il təvəllüdlü Aliyə Hümbət qızı Qəhrəmanova və 1982-ci il təvəllüdlü Gülnarə Məmməd qızı Babayeva olaraq müəyyən edilib. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.