Neftçalada Birinci Qarabağ müharibəsində itkin düşmüş sayılan Vaqif Məhərrəmov üçün keçirilən vida mərasimi yekunlaşıb.
Mərasim başa çatdıqdan sonra mərhumun nəşi Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Dəfn mərasimində Neftçala rayonunun rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbi qulluqçular və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Vaqif Mənsim oğlu Məhərrəmov 1971-ci il iyulun 3-də Neftçala şəhərində anadan olub. O, 1992-ci il sentyabrın 6-da Ağdərə rayonunun Çıldıran kəndində itkin düşüb.