Misli Premyer Liqanın I turunda “Neftçi” səfərdə “Sumqayıt”ı 3:1 hesabı ilə məğlub edərək uzun müddətli uğursuz başlanğıca son qoyub.

Bakı klubu bundan əvvəl üç mövsüm ardıcıl olaraq mövsümə qələbəsiz start vermişdi, bu dəfə isə açılış görüşündə üç xala sahib çıxıb.

“Neftçi” ötən dəfə mövsümə qələbə ilə 2022/23 sezonunda başlamışdı; o vaxt paytaxt təmsilçisi səfərdə “Şamaxı”nı minimal hesabla üstələmişdi.

Komandanın ilk turda ən azı üç qol vurması daha əvvəl 2013/14 mövsümündə qeydə alınmışdı. Həmin il paytaxt derbisində “Neftçi” AZAL üzərində 4:1 hesablı ev qələbəsi qazanmışdı.

Bundan əlavə, “Neftçi”nin startdakı səfər oyununda 3 və ya daha çox top vurması 25 il əvvəl baş verib: 2001/02 mövsümündə “Ümid”ə qarşı səfərdə 4:0 hesablı qələbə əldə olunmuşdu.