Bakının Xəzər rayonunda, Binə qəsəbəsindəki stadionda 27 yaşlı kişi ölüb.

Hadisə zamanı futbol oynayan şəxsin 1999-cu il təvəllüdlü Xəyal Xaliq oğlu İbadov olduğu müəyyən edilib. O, stadionda olarkən ürək çatışmazlığı nəticəsində vəfat edib.

Hadisə ilə bağlı araşdırmalar rayon prokurorluğu tərəfindən davam etdirilir.