Bakının Nəsimi rayonunda evdə baş vermiş mübahisə zamanı 37 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.

Hadisə onların birgə yaşadığı mənzildə qeydə alınıb. 1989-cu il təvəllüdlü İlqar Ramilə adlı həyat yoldaşı ilə arasında yaranmış mübahisə zamanı onun sifət nahiyəsinə qəsdən əl zərbələri vurub və ona xəsarətlər yetirib.

İlqar Cinayət Məcəlləsinin 128-ci maddəsi (qəsdən sağlamlığa zərər vurma) ilə ittiham edilib və iş məhkəməyə ötürülüb.

Məhkəmə araşdırmaları zamanı zərərçəkən qadının təqsirləndirilən şəxslə barışdığı aşkar edilib; o, ərini bağışladığını və şikayətçi olmadığını bildirib.

Hökmlə Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilərək təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib.