İsrailin Prezident İshaq Hersoq baş nazir Benyamin Netanyahunun siyasətdən gedməsi qarşılığında əfv edilməyi təklif edib. Konkre.az xəbər verir ki, bu məsələ İsrailin C14 telekanalı vasitəsilə yayılan məlumata əsasən qeyd olunub. Bildirilir ki, korrupsiya ittihamlarının ləğvi müqabilində Netanyahunun siyasi karyerasına son qoyulması təklif olunub.

Məlumatda deyilir ki, nəzərdə tutulan razılaşma son seçkilərdən sonra oluşan qeyri-müəyyənlik mühitində yeni hökumətin formalaşdırılması variantlarından biri kimi qiymətləndirilir.

Qeyd olunmalıdır ki, Netanyahunun korrupsiyaya dair araşdırmaları 10 ildən artıq davam edir. Baş nazirə qarşı ittihamlar daxilində o, siyasi güzəştlər qarşılığında qiymətli hədiyyələr aldığı və media qurumlarının onun fəaliyyəti barədə müsbət işıqlandırması üçün yardım aldığı ilə bağlı şübhələr səsləndirilir.

İsraildə 27 oktyabr seçkilərində heç bir blok hökumət qurmaq üçün 61 deputat yerlərini toplamayıb. Son siyahılığa görə Netanyahunun Bloku 53, Ayzenkot Bloku 48, ərəb partiyaları isə 19 yer qazanıb.