Şimali Koreya Yapon dənizinə istiqamət alan naməlum bir raket atıb. Hadisə ilə bağlı məlumatı Cənubi Koreya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsi yayıb.
KONKRET.az xəbər verir ki, Yonhap agentliyinin verdiyi məlumata görə, Koreya yarımadası ətrafında hərəkət göstərən qüvvələrin qeydinə görə, Şimali Koreya oktyabrın 29-da raket atışını həyata keçirmiş və bu mərminin təxminən 250 kilometr məsafə qət etdiyi bildirilir.
Hadisənin digər detalları, o cümlədən buraxılan mərminin növü və hədəfi ilə bağlı əlavə məlumat açıqlanmayıb.