İsrail Baş nazirinin dəftərxanası Qəzza zolağına beynəlxalq qüvvələrin yerləşdirilməsi haqda yayılan xəbərləri təkzib edib.
Rəsmi açıqlamada siyasi rəhbərliyin həmin cür hərbi birləşmələrin bölgəyə gətirilməsinə razılıq vermədiyi bildirilib.
Eyni zamanda, Netanyahunun ofisindən əlavə edilib ki, HƏMAS tam şəkildə tərk-silah olunmadığı təqdirdə, İsrail ərazidə yenidənqurma və bərpa işlərinə başlamayacaq.
Bəyanatda verilən bu mövqe yayılan məlumatlarla bağlı dəqiqləşdirmə xarakteri daşıyır və siyasət rəhbərliyinin mövqeyini əks etdirir.