UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”ın Niderland təmsilçisi “Tvente” ilə səfər görüşü üçün azarkeşlərə 1 500 yer ayrılıb.
Vauçerlərin satışına bugün saat 17:00-dan başlanacaq və onlar yalnız Iticket.az platforması vasitəsilə onlayn qaydada əldə edilə bilər. Vauçer qiyməti 45 manatdır.
Alış başa çatdıqdan sonra vauçerlər əsas biletlərə çevriləcək və onlar matç gününə qədər azarkeşlərin elektron poçt ünvanlarına göndəriləcək. Arenaya daxil olmaq üçün həm bilet, həm də şəxsiyyəti təsdiq edən sənəd tələb olunur.
“Tvente” stadionunda Azərbaycan fanatları üçün 325 və 326-cı sektorlar ayrılıb; həmin tribunalara “X” girişindən daxil olmaq mümkün olacaq.
Qarşılaşma avqustun 20-də Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.