Niderlandın A28 avtomagistralında baş verən yol-nəqliyyat hadisəsində məktəb avtobusu ilə mikroavtobus toqquşub və ən azı səkkiz nəfər ağır xəsarət alıb.
Hadisə gecə saatlarında Gelderland əyalətinin Vezep şəhəri yaxınlığında qeydə alınıb. Sərnişin avtobusu 50-dən çox insan daşıyırdı; onların əksəriyyəti alman məktəblilərindən ibarət idi.
Toqquşmanın təsiri ilə avtobus yan tərəfə yıxılaraq aşıb, mikroavtobus isə iki hissəyə ayrılıb. Yaralılardan bəzilərinin vəziyyəti ciddidir.
Sərnişinlər nəqliyyat vasitələrinin damından çıxarılaraq təxliyə edilib. A28 şosesində hər iki istiqamətdə nəqliyyat axını axşam saatlarına qədər dayandırılıb.
Qəzanın başvermə səbəbləri və digər detalları üzrə aparılan araşdırma davam etdirilir.