Qara dənizdə Novorossiysk limanından çıxan yük gəmisi “Volga 4007” dron zərbələrinə məruz qalıb.

Hadisə barədə məlumatı Azərbaycan Dənizçilərinə Dəstək İctimai Birliyinin sədri İlham Nəsirov verib. Gəmi “Reka Dənizçilik”ə məxsus olub və Kuk adaları bayrağı altında üzürdü.

İlkin məlumatlara görə, gəmi ardıcıl olaraq dörd pilotsuz uçuş aparatı zərbəsi ilə vurulub. Hadisə zamanı göyərtədə ümumilikdə 13 nəfər heyət üzvü olub.

Heyətin tərkibi belədir: 10 nəfər Hindistan vətəndaşı, 3 nəfər isə Azərbaycan vətəndaşıdır. Dron hücumundan sonra ekipaj üzvlərinin təxliyəsinə başlanıb.

Xəsarət alanların olub-olmaması və gəminin aldığı ziyanın dərəcəsi barədə hələ də rəsmi məlumat açıqlanmayıb.