Daşınan və daşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur.
Əgər icarə haqqını vergi ödəyicisi kimi uçotda olan şəxs ödəyirsə və həmin şəxs rezident fiziki şəxsə icarə haqqı ödəyirsə, icarə gəliri üzrə vergi öhdəliyini icarəni götürən tərəf yerinə yetirir. Bu halda obyektini icarəyə verən fiziki şəxsin həmin gəlirə görə ayrıca vergi ödəmək və ya hesabat təqdim etmək öhdəliyi yaranmır.
Verginin azaldılması və ya büdcəyə çatacaq verginin hesabat təqdim edilməməklə yayındırılması halları maliyyə sanksiyasına səbəb ola bilər. Belə hallarda azaldılmış və ya yayındırılmış verginin məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Obyekt sahibinin VÖEN-də əsas fəaliyyət növü kimi icarənin göstərilməməsi vəziyyətində isə vergi öhdəliyinin müəyyənləşdirilməsi icarə haqqının kim tərəfindən ödənilməsindən asılıdır.