Yazıçı və jurnalist Orxan Fikrətoğlu “Söhbətgah” adlı YouTube kanalında yayımlanan müsahibəsində ədalət anlayışına dair fikirlərini bölüşüb.

O, ədalətin varlı təbəqə ilə daha çox bağlı olduğunu vurğulayıb və nitqində belə deyib: “Kasıbın nə ədaləti olacaq? Ədalət varlıya aid bir termindir”.

Fikrətoğlu əlavə edib ki, ədalətli olmaq üçün imkanların mövcudluğu vacibdir və insan davranışlarının çoxu iqtisadi durumla əlaqəlidir. O, konkret misal gətirərək rüşvət məsələsinə toxunub və belə deyib: “Filankəs deyir ki, filankəs rüşvətxordur. Sənə rüşvət təklif olunsa, 15 dəfə çox alarsan e. Sənə təklif olunmayıb deyə belə deyirsən. Yəni o boşboğazlıqdan filan yuxarı məsələlər var da”.

Müsahibədə ədalət və imkanlar mövzusunda daha geniş müzakirə aparıldığı bildirilib.